Hadisə

Naxçıvandan gəlib, Abşeronda ev yardı

Mayın 19-da Abşeron rayonu ərazisindəki evlərin birindən 20 manat pul, 800 manat dəyərində qızıl üzük, mobil telefon və sənəd oğurlanıb.

Kanal14.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş G.Abdullayeva saxlanılıb.