Hadisə

"Ford"dan bahalı telefon oğurlandı

Martın 21-də Nizami rayonu ərazisində "Ford” markalı avtomobildən 1200 manat pul və 480 manat dəyərində mobil telefon oğurlanıb.

 DİN mətbuat xidmətinə istinadla xəbər veririk ki, rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şərur rayon sakini V.Quliyev saxlanılıb.(Lent.az)