Hadisə

Bakıda mərkəzi parkların birində 3 kq-a yaxın nərə kürüsü aşkarlanıb

Səbail rayonu ərazisində yerləşən parkda bir qrup şəxsdən 2,5 kiloqram nərə balığının kürüsü götürülüb.

 

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə sentyabrın 12-də Səbail rayonunun Xəqani küçəsində yerləşən parkda Masallı rayon sakini Eynulla Ağayev, Bakı şəhər sakinləri Rüfət Ağayev və Tahir Məmmədovdan 2,5 kiloqram nərə balığının kürüsü götürülüb.