Hadisə

Kürdəmir polisi əməliyyat keçirdi, narkotik vasitələr aşkarlandı

Kürdəmir RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirib.

 

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən verilən məlumata görə, tədbirlər nəticəsində Karrar kənd sakini Raqib Xankişiyevin kəndin ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 36 ədəd çətənə kolu və 64 ədəd çətənə kolunun qurumuş gövdəsi, habelə həyətyanı sahəsindən və evindən 2 kiloqram 400 qram marixuana və şəxsi istehlak miqdarından artıq tiryək aşkar edilərək götürülüb.