Hadisə

Sabirabad sakinindən narkotik vasitələr götürülüb

Sabirabad sakinindən narkotik vasitələr aşkar edilərək götürülüb.

 

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Güdəcühür kənd sakini, əvvəllər məhkum olunmuş Əlifağa Rəhimova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 3 ədəd çətənə kolu, habelə evinə baxış zamanı 450 qram marixuana aşkar edilərək götürülüb.