Hadisə

İki tondan çox narkotik bitki yandırıldı

Ucar rayon Polis Şöbəsinin əməkdaşları Bərgüşad kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,1 tondan artıq olan 1333 ədəd çətənə kolu aşkar edilərək məhv edib.

Kanal14.az bildirir ki ,DİN mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Tərtər rayon Polis Şöbəsinin əməkdaşları isə Xoruzlu kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,5 tondan artıq olan 4015 ədəd çətənə kolu aşkar edərək yandırıblar.