Hadisə

Neftçalada ton yarımdan çox çətənə kolları aşkarlandı

Neftçala rayonu ərazisində yabanı halda bitmiş çətənə kolları aşkarlanıb.

 

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən verilən məlumata görə, Neftçala RPŞ-nin əməkdaşları tərəfindən Boyat kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 1 ton 670 kiloqram olan 427 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.