Hadisə

Bir tondan çox narkotik bitki yandırıldı

Tərtərdə külli miqdarda narkotik bitki məhv edilib.

Kanal14.az bildirir ki, DİN mətbuat xidmətindən Lent.az -a verilən xəbərə görə, rayon Polis Şöbəsinin əməkdaşları Xoruzlu kəndi ərazisində 1,4 hektar sahədə yabanı halda bitmiş çəkisi 1 ton 237 kiloqram olan 3504 ədəd çətənə kolu aşkar edərək yandırıblar.