Hadisə / Dünya

Çin səfiri evində ölü tapıldı

Bu gün səhər öz iqamətgahında ölü tapılmış Çinin İsraildəki səfiri Du Vey səhhətində yaranmış problemlə bağlı dünyasını dəyişib.

"Report” xəbər verir ki, bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb.

Bununla yanaşı qeyd edilir ki, səfirin ölüm səbəbi "əlavə yoxlama aparılmasını və təsdiqetməni tələb edir".

Çinin Xarici İşlər Nazirliyi diplomatın ailə üzvlərinə başsağlığı verib.

Çinin İsraildəki səfiri Du Vey mayın 17-də səhər saatlarında evində ölmüş vəziyyətdə tapılıb.

"Jerusalem Post” xəbər verir ki, 58 yaşlı diplomatın ölümünü XİN-in rəsmi nümayəndəsi təsdiqləyib.

Səfirin ölüm səbəbi hələlik müəyyən edilməyib, polis hazırda onun evində araşdırma aparır.

Məlumata görə, diplomat martın əvvəlində İsrailə gəlib və evdə iki həftəlik özünütəcrid rejimində qalıb.

Mərhumun bir oğlu var.(Virtualaz.org)