Gündəm

Vəfat edən BDU tələbəsinin ölüm səbəbi nə vaxt bilinəcək? – Yaxınlarından AÇIQLAMA

Vəfat edən BDU tələbəsinin ölüm səbəbi nə vaxt bilinəcək? – Yaxınlarından AÇIQLAMA
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

"Bakı Dövlət Universitetinin yataqxanasında səhhəti pisləşərək dünyasını dəyişən Şəkərin ölümü ilə bağlı müəmma hələ də qalmaqdadır”.

Kanal14.az bildirir ki. bu sözləri Yeniavaz.com-a açıqlamasında dünyasını dəyişən BDU tələbəsi Hasmətova Şəkər Faiq qızının bibisi oğlu Samir İsayev deyib: "Şəkərin yaxınları olaraq faktla bağlı araşdırmaları təqib edirik. Baş prokurorla da müstəntiqlə də danışmışıq, ölüm hadisəsi ilə bağlı istintaq başlayıb. Ölüm səbəbi isə ekspertlər tərəfindən hələ açıqlanmayıb. Bu proses 1 aya qədər uzana bilər. Biz hazırda ekspertizanın cavablarını gözləyirik. Mətbuatda ölüm səbəbi ilə bağlı deyilən sözlər sadəcə fərziyələrdir. Hadisənin dəqiq səbəbi ekspertlərin cavabından sonra bilinəcək. Faktla bağlı toksikoloq Azər Maqsudovla da əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, dəm qazı və bənzəri səbəblərlə baş verən zəhərlənmələr 3-4 gün, qida ilə bağlı zəhərlənmələrin cavabı isə 14 gün ərzində ortaya çıxır: "Digər hallarda isə şəxsin ölüm səbəbi ilə bağlı araşdırmalar 1 aya qədər uzanır”.