Hadisə

Müalicə üçün İrana getdi, liftdə ürəyi partladı


Müalicə üçün İrana getdi, liftdə ürəyi partladı- VİDEO"ARB" telekanalının efirində "Elgizlə izlə" verilişinə atasını itirən 16 yaşlı yeniyetmə danışıb. O, bildirib ki, anası isə onu ataraq yenidən ailə qurub.

Kanal14.az xəbər verir ki, Əsəd adlı yeniyetmənin hazırda 16 yaşı var. Onun bildirdiyinə görə 13 yaşında atası xərçəng xəstəliyinə tutulub və bu səbəbdən də məhz anası onları ataraq ikinci dəfə ailə qurub. Əsəd balacalıqdan işləyib atasının dərmanlarını alıb. Ən dəhşətlisi isə budur ki, onun əməliyyat üçün İrana gedən atasının cənazəsi gəlir. Əsədin sözlərinə görə atası müalicə üçün İrana gedəndə ona səhhəti ilə bağlı məlumat deyilərkən qaldığı otelin liftində ürəyi partlayaraq dünyasını dəyişib. Daha sonra onun cənazəsi Azərbaycana gətirilib.