Hadisə

Yol kənarında alça satan uşağı maşın vurdu

Yol kənarında alça satan uşağı maşın vurdu


Sabirabadda avtomobil piyadanı vurub.

"Qafqazinfo"-dan əldə etdiyimiz məlumata görə, hadisə rayonun Nizami kəndində baş verib.

Belə ki, kənd sakini 2007-ci il təvəllüdlü Səyyad Mübariz oğlu Əmirov yol kənarında alça satan zaman "Hyundai" markalı minik avtomobili onu vurub. S.Əmirov Şirvan şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

 

Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır