Hadisə

Astarada yanğın baş verib

Astara rayonunda yanğın baş verib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, FHN-dən verilən məlumata görə, Artupa kəndində ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1 otağının tavanı və dam örtüyü 20 kv.m sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.