Hadisə

Hacıqabul sakinindən silah götürülüb

Hacıqabul sakinindən silah götürülüb
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Hacıqabul sakinindən silah götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan şəhərindəki Regional qrupundan Kanal14.az-a verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Hacıqabul rayonu Tava kənd sakini Əliyusif Şirinov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Ona məxsus fermadan 1ədəd "BUM" markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

 

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır./Trend