Hadisə

Ağcabədidə dəhşət: 2 nəfər avtomobildə yanaraq can verdi

Ağcabədidə dəhşət: 2 nəfər avtomobildə yanaraq can verdi
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Ağcabədi rayonunun Avşar kəndində "ВАЗ” markalı iki minik avtomobili toqquşub. 

Fövqəladə Hallar Nazirliyindən "Kanal14.az"a verilən məlumata görə, nəticədə avtomobillərdən birinin yanar hissələri yanıb. 

Yanğının kəşfiyyatı zamanı avtomobildə aşkarlanan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır./Yeni Sabah