Hadisə

Azərbaycanda 19 yaşlı tələbə qız oğurlandı

Azərbaycanda 19 yaşlı tələbə qız oğurlandı
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Şəki şəhərində tələbə qız oğurlanıb.

Kanal14.az-ın məlumatına görə, hadisə Şəki Tibb Kollecində baş verib.

Oğuz rayonunun Sincan kənd sakini Ələkbərov Xalid Ələkbər oğlu polisə müraciət edərək bildirib ki, noyabrın 22-də qızı, 2000-ci il təvəllüdlü Aygün Ələkbərli təhsil aldığı həmin kollecdən oğurlanıb.

Araşdırmalar zamanı məlum olub ki, qızı İntiqam Kərimov adlı şəxs tərəfindən oğurlanıb və hazırda Bakının Binəqədi rayonu, DSK yolu deyilən ərazidəki evlərdən birində saxlanılır.

Faktla bağlı araşdırma aparılır./Trend