Bakıda gənc qız bıçaq xəsarətləri alıb
Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi olub.
Kanal14.az xəbər verir ki, hadisə Yeni Yasamal ərazisində baş verib.
2002-ci il təvəllüdlü Seyidəmirova N.V qızı naməlum şəraitdə bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır./APA