Hadisə

Paytaxtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Paytaxtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin saytına istinadən  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin edib.

Əməliyyat başa çatıb.