Hadisə

Şirvan sakinini küçədə naməlum avtomobil vurdu

Şirvan sakinini küçədə naməlum avtomobil vurdu
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Şirvanda yol qəzası baş verib. Kanal14.az-ın məlumatına görə, hadisə şəhərin Tofiq İsmayılov küçəsində baş verib.

Küçə ilə hərəkətdə olan piyada Salman Muradov yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub.

S.Muradov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır./Trend