Hadisə

Oğuzda mağaza sahibi bazarda öldü

Oğuzda mağaza sahibi bazarda öldü
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Oğuz rayonunda 78 yaşlı mağaza sahibi bazarda dünyasını dəyişib.

Kanal14.az-ın məlumatına görə, hadisə "Oğuz Mərkəzi Bazar" MMC-də baş verib.

Ticarət Mərkəzində toxum satışı ilə məşğul olan mağazanın sahibi, 1941-ci il təvəllüdlü Fərəc Fərəcovun halı qəfil pisləşib.

Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

F.Fərəcov mağazada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./Trend