Hadisə

Bakıda iş otağında insult keçirən məktəb direktoru xəstəxanada öldü - FOTO

Bakıda iş otağında insult keçirən məktəb direktoru xəstəxanada öldü - FOTO
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Bakıda orta məktəb direktoru qəfil dünyasını dəyişib.

Kanal14.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, 293 saylı orta məktəbdə baş verib.

Adıçəkilən məktəbin direktoru Tanrıverdili Vaqif Baba oğlu iş otağında qəfil beyin insultu keçirib. Dərhal hadisə yerinə Təcili Tibbi Yardım Briqadası gəlib və xəstəni 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırıb. Həkimlərin səyinə baxmayaraq V.Tanrıverdili dünyasını dəyişib.

 

Faktı 293 saylı orta məktəbdən təsdiqləyiblər.

Bakıda iş otağında insult keçirən məktəb direktoru xəstəxanada öldü - FOTO