Hadisə

Oğuzda “Opel” dirəyə çırpılaraq yanıb

Oğuzda yanğınla müşayiət olunan yol qəzası baş verib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin saytında olan məlumata görə, rayonun Bucaq kəndində "Opel” markalı minik avtomobili yol kənarındakı dirəyə çırpılıb.

 

Nəticədə yanğın hadisəsi baş verib və avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.