Hadisə

Zaqatala sakinlərindən narkotik vasitə götürülüb

Zaqatala sakinlərindən narkotik vasitə götürülüb
 
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan DogruXeber.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Muxax kənd sakini Vüsal Süleymanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 ədəd kibrit qutusunda ümumi çəkisi 21 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. V.Süleymanovun ətrafında davam etdirilən tədbirlərlə ona həmin narkotik vasitəni satan şəxsin həmkəndlisi İsmayıl İsayev olduğu müəyyən edilib. Keçirilmiş tədbirlərlə İ. İsayev də şübhəli şəxs qismində saxlanılıb və onun yaşadığı ünvana baxış keçirilən zaman 9 ədəd sellofan torbada ümumi çəkisi 270 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.