Hadisə

Tanınmış ürək cərrahının evini soydular - Kameraya düşən 3 oğru qadın axtarılır...

Tanınmış ürək cərrahının evini soydular - Kameraya düşən 3 oğru qadın axtarılır...
 
 
 
 
 
 
 
 
 

 
 
 
MHP lideri Dövlət Bahçelinin ürəyini əməliyyat edən cərrah Yılmaz Zormanın evinə oğrular girib. 

Kanal14.az xəbər verir ki, üç oğru qadın cərrahın evindən pul və qızıl zinət əşyaları oğurlayıblar. Evə girən oğruların hərəkəti isə anbaan kameralara düşüb. Görüntülər artıq polisə təqdim edilib və üç oğru qadının tapılması istiqamətində araşdırma aparılır. 

Y.Zorman olanlarla bağlı bunu deyib: "Hadisə günü evdən çıxıb işə getdim. Axşam evə qayıdanda yataq otağımın dağıdıldığını gördüm. Əşyalarıma baxarkən pulumun v qızıllarımın oğurlandığının şahidi oldum”.

Qeyd edək ki, oğurluq hadisəsi cərrahın Kadıköy rayonunun Caddebostan məhəlləsində yerləşən evində baş verib. /Moderator.az