Hadisə

İsmayıllı sakinini gürzə sancdı

 
İsmayıllı sakinini otlaq səhəsində ilan vurub.
 
Kanal14.az  "Qafqazinfo"ya istinadən  xəbər verir ki, hadisə rayonun Hazırkı kəndində baş verib. Belə ki, 1968-ci il təvəllüdlü Quliyev Üryan Həmzə oğlunu ot biçən zaman zəhərli ilan sayılan gürzə sancıb.
 
Yaralını dərhal İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb, ona zərdab vurulub. Xəstənin vəziyyəti ağırlaşdığından o, Bakıdakı xəstəxanaların birinə göndərilib.