Hadisə

Bakıda müəllim 12 yaşlı şagirdi döyüb xəstəxanalıq etdi

Bakıda müəllim 12 yaşlı şagirdi döyübxəstəxanalıq etdi

 

Bakıda 12 yaşlı şagird müəllim tərəfindən döyülüb.

Kanal14.az-n məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdə qeydə alınıb. Məktəbin müəllimi şagirdi döyüb. Döyülən şagird xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən ONA-ya bildirilib ki, xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə beyin travması diaqnozu qoyulub.