Hadisə

Qubada 35 yaşlı kişi su kanalında boğuldu

http://olke.az/uploads/1554440114/bogulmaq.jpg
 
Qubada orta yaşlı kişi su kanalında boğularaq ölüb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun İkinci Nügədi kəndində 1984-cü il təvəllüdlü Qubadov Nemət Şıxverdi oğlunun naməlum şəraitdə su kanalına düşməsi barədə məlumat daxil olub. 

Hadisə yerinə nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Həyata keçirilən birgə tədbirlər nəticəsində N.Qubadovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Araşdırma aparılır.