Hadisə

Bakıda ər arvadını bıçaqladı

http://olke.az/uploads/1553765647/bicaqerarvad.jpg
 Həyat yoldaşını bıçaqlamaqda təqsirli bilinən Seymur Bəylər oğlu Soltanov Ali Məhkəməyə müraciət edib.

Təqsirləndirilən şəxsin müraciətinə aprel ayının 24-də hakim Hafiz Nəsibovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

Qeyd edək ki, hadisə 2016-cı ilin iyun ayında Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində baş verib. Bərdə rayon sakini olan Seymur Bakıda televizor ustası işləyib. Özünün dediyinə inansaq, gələcək həyat yoldaşı ilə də onların evindəki televizoru təmir edən zaman tanış olub. 2000-ci ildə ailə quran cütlüyün 4 övladı olub. Seymurun mütəmadi olaraq spirtli içki qəbul etməsi ailənin dağılmasına səbəb olub.Bir müddət sonra cütlük barişib. Lakin bu barışıq da çox çəkməyib. Sərxoş ərdən qurtulmaq istəyən Cəmilə Soltanova 4 övladını da götürərək onun yanından gedib. Bu hadisədən 4-5 gün sonra müştərisi üçün peyk antenası quraşdıran Seymur keçmiş arvadının həmin ərazidən keçməsini görüb. Lakin arvadının onu saymazlığını görən ər üzərindəki bıçaqla qadına zərbə endirib. Yaralı Cəmilə Soltanova 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Bəylər Soltanov isə könüllü polisə təslim olub.