Hadisə

Bakıda dəhşətli qətl — Ər arvadının boğazını kəsdi

http://olke.az/uploads/1549953244/arvadibicaqladi.jpg
 
Binəqədi rayonunda qısqanc ər həyat yoldaşını boğazını kəsərək qətlə yetirib.

Hadisə Binəqədi rayonu, İsfahani küçəsi, döngə 1-də baş verib. Tufan Qurbanov yaşadığı mənzildə bıçaqla həyat yoldaşı, 1979-cu il təvəllüdlü Qurbanova Lalə Həsən qızının boğazını kəsib. Qadın aldığı xəsarətlərdən elə hadisə yerindəcə keçinib. Binəqədi RPİ-si 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tufan Qurbanov saxlanılaraq rayon prokuorluğuna təhvil verilib. Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. İlkin dindirmələr zamanı məlum olub ki, T.Qurbanov həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirib.