Hadisə

Bakıda yanğın — Ölən var

http://olke.az/uploads/1553316942/evyandi.jpg
 
Bakı şəhərinin Xətai rayonunda birmərtəbəli evdə yanğın baş verib.

"Kanal14.az" FHN-ə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1935-ci il təvəllüdlü Abbasov Əli Bayram oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.