Hadisə

Liftdə qalan 3 nəfər xilas edildi

http://olke.az/uploads/1547616128/liftt.jpg
 
 
 Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

"Kanal14.az" FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Əməliyyat başa çatıb.