Hadisə

Bakıda xanım jurnalisti qarət etdilər

Bakıda xanım jurnalisti qarət etdilər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Bazar günü alış-verişə çıxan jurnaist, İTV-nin əməkdaşı Naibə Qurbanova cibgirlərin hədəfinə tuş gəlib.

Modern.az xəbər verir ki, 165 nömrəli avtubusa minən jurnalist bir də onda ayılıb ki, cibgirlər pulqabısını aparıblar.

"Pulqabında 300 manat nəğd pulum, maaş kartım vardı”.

Hadisədən dərhal sonra sosial şəbəkə istifadəçilərindən kartın deaktiv olunması üçün kömək istəyən N.Qurbanova, ardınca "Azəri Kart”a zəng etməklə kartı bağlatdırıb.

"O anda vəziyyətimi yəqin ki, təsəvvür edirsiniz. Tez həyat yoldaşıma zəng elədim ki, pul qabımı oğurladılar, təcili kartı bağlatdır…”

Naibə Qurbanova hadisə ilə bağlı Polis bölməsində izahat verib.