Hadisə

Bərdədə quldurluq edən şəxs saxlanılıb

Bərdədə quldurluq edən şəxs saxlanılıb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən verilən məlumata görə, avqustun 1-də Bərdə rayonunun Əyricə kəndi ərazisində naməlum şəxs Alpoud kənd sakini Qulu Aləşrəfovu bıçaqla hədələyib mobil telefonunu alıb.

 

Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Soğanverdilər kənd sakini Rəşad Mustafayev saxlanılıb.