Gündəm / Hadisə

Meşədə narkotik əkən şəxs saxlanılıb

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Qanun.info.az Azərtaca-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildiriblər ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və əkini ilə məşğul olan Göytəpə kənd sakini Şamil Səfərov saxlanılıb. Onun yaşadığı kəndin meşə ərazisində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, ümumi çəkisi 92 kiloqramadək olan 38 ədəd yaş və yarıqurumuş vəziyyətdə narkotik tərkibli çətənə kolu, eləcə də 1 kiloqram 5 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.