Hadisə

Dünən borcu olan 56 nəfər saxlanılıb

Dünən borcu olan 56 nəfər saxlanılıb
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Daxili İşlər Nazirliyi noyabrın 23-də baş verən cinayətlərlə bağlı statistik məlumatları açıqlayıb.

Gün ərzində 114 cinayət faktı qeydə alınıb, onların 18-i "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub. Axtarışda olan 70 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol qəzası baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb."Qafqazinfo”