Gündəm / Cəmiyyət

Qərargah mediada gedən fikirləri nəzərə alır - İsayev

Karantin rejiminə ediləcək yumşalmalar koronavirusa yoluxan xəstələrin sayından asılıdır.

Kanal14.az xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib.O bildirib ki, may 13-nə olan məlumata görə, virusa yoluxan xəstələrin sayında enmə müşahidə olunub:"Dünənki məlumata görə, xəstələrin sayı xeyli aşağı düşüb. Əgər vəziyyət belə davam edərsə, yəqin ki, Operativ Qərargah bunu təhlil edib yumşalma ilə bağlı növbəti qərar verər. Vəziyyət təhlil olunmalıdır. Mətbuatda gedən bütün fikirləri Qərargah nəzərə alır. Amma bu fikirlər mütləq əsaslandırılmalıdır. Yoxsa səhvə yol verə bilərik”.(Axar.az)