Gündəm

Lənkəranda mağazaya saxta pul verən şəxslər saxlanıldı

Lənkəranda mağazaya saxta pul verən şəxslər saxlanıldıLənkəranda mağazaya saxta pul verən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, dekabrın 14-də Lənkəran şəhərindəki marketlərin birində alış-veriş edən şəxsin 100 manatlıq saxta əskinas verməsi barədə Lənkəran ŞRPŞ-yə məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinası verməkdə şübhəli bilinən şəhər sakini A.Rəcəbli polis əməkdaşları tərəfindən saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun həmyerlisi N.Əliyevlə birgə başqa bir mağazadan da alış-veriş müqabilində 1 ədəd 100 manatlıq saxta əskinas verməsi də müəyyən edilib.
Davam etdirilən tədbirlərlə N.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb. /open.az