Gündəm

Əkbər Hacıyev vəzifədən azad edildi – Yeni təyinat

Əkbər Hacıyev vəzifədən azad edildi – Yeni təyinat
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

"Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub. 

"Kanal14.az” xəbər verir ki, Birliyin baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad edilib. Onun yerinə "Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib.

Yeni baş direktor Modern.az-a özəl açıqlamasında təyinatı təsdiqləyib. R.Əliyev ona göstərilən etimadı doğruldacağını deyib: 

"Bəli, məlumat doğrudur. Təbrik edən hər kəsə təşəkkür edirəm. Böyük etimaddır. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”./Yeni Sabah