Ramiz Mehdiyevin PA-dakı postu ləğv edilir
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında struktur dəyişikliyi olacaq. Yeni dəyişikliyə görə, Prezidentin İcra Aparatının rəhbəri postu ləğv ediləcək.
Bu dəyişiklikdən sonra Prezident Administrasiyası texniki struktur kimi fəaliyyət göstərəcək.
Bu isə o deməkdir ki, artıq PA rəhbərinin kimin olmasından asılı olmayaraq, bu qurumun dövlət strukturlarına təsir imkanı və idarəetməyə birbaşa rəhbəlik etməsi imkansız olacaq.
İndiqə qədər Ramiz Mehdiyev faktiki olaraq dövləti idarə edən əsas şəxs idi. Konstitusiya ilə ölkənin ikinci şəxsi Baş nazir olsa da Prezident olmadığı dönəmlərdə bütün səlahiyyətləri məhz PA rəhbəri icra edib.