Gündəm

Dövlət Xidmətlərinin Elektron Reyestrinə yeni məlumatlar daxil edilir

Dövlət Xidmətlərinin Elektron Reyestrinə yeni məlumatlar daxil edilir
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Nazirlər Kabineti "Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edib.

DogruXeber.az-ın məlumatına görə, dəyişiklikliyə uyğun olaraq, Elektron Reyestrin yeni bir bölməsi yaradılıb.

Qərarla Reyestrin bölmələrinə "Vahid "G2B” (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi də daxil edilib.

Yeni bölməyə dövlət qurumlarının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlər barədə məlumatlar və verdikləri hüquqmüəyyənedici
sənədlər daxil edilir./Trend.az