Gündəm

Rusiyada benzin daşıyan maşın aşdı, üç idmançı öldü


Ötən gecə Rusiyanın Yekaterinburq şəhərinin yaxınlığında faciə baş verib. Virtualaz.org "Mash” telegram-kanalına istinadən xəbər verir ki, yol qəzası nəticəsində üç nəfər ölüb, daha beş nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Mənbəyə əsasən, 4,5 ton benzin yüklənmiş "Ural” avtomobilinin sürücüsü marafon yürüşü zamanı yotulmuş idmançılara onları mənzil başınacan aparmağı təklif edib. Qaçış həvəskarları benzin çəninin üstündə yerləşiblər. Karpinsk – Kıştım yolunda maşın aşıb və partlayış baş verib.

Bildirildiyinə görə, faciə qurbanları "Konjak-2019” marafon yürüşünün iştirakçılarıdır.