Gündəm

Rusiyalı turistlər üçün Bakı-Tbilisi avtobusları təşkil oluna bilər


Gürcüstanın Mehmanxana və Restoranlar Assosiasiyasının rəhbəri Şalva Alaverdaşvili İqtisadiyyat Nazirliyi və turizm sektorunun nümayəndələrinə rusiyalı turistlərin Bakı, Yerevan və Trabzondan Gürcüstana çatdırılması üçün pulsuz avtobusların istifadəyə verilməsi təklifini təqdim edib.

Bu barədə RİA-Novosti məlumat yayıb.

"Sənədin əsas mövzusu belədir: yaxınlıqdakı hava limanlarından - Bakı, Yerevan və Trabzondan rusiyalı turistləri Gürcüstana asanlıqla gətirəcək pulsuz avtobuslar təşkil olunsun”, - deyə o bildirib.

Alaverdaşvilinin sözlərinə görə, yekun qərar üçün müzakirələrə ölkənin Xarici İşlər Nazirliyi də qoşulacaq.

Onun sözlərinə görə, Tbilisi və kurort şəhərlərinin mehmanxana sahiblərinə Gürcüstana gəlmək istəyən və alternativ yollar axtaran rusiyalı turistlərdən çoxsaylı müraciətlər daxil olub.