Gündəm / Dünya

Nigeryada ağır yol-nəqliyyat hadisəsi baş verib, 18 nəfər ölüb

Nigeryada ağır yol-nəqliyyat hadisəsi baş verib, 18 nəfər ölüb

Nigeriyanın cənub-qərbində yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində ən az 18 nəfər ölüb.


 "İnterfaks"  verdiyi məlumata görə, hadisə ötən gecə Ondo əyalətində baş verib.


Hadisə şahidinin dediyinə görə, yük maşınının sürücüsü idarəetməni itirərək qarşı istiqamətdən gələn sərnişin avtobusu ilə toqquşub: "Həmin an hər iki nəqliyyat vasitəsində yanğın baş verdi, avtobusdakı bütün sərnişinlər öldü”.
Yerli polisin yaydığı məlumatda bildirilir ki, yük maşınının sürücüsü hadisə yerindən qaçıb.APA