Hadisə

Sürücü idarəetməni itirdi — Avtomobili beton arakəsməyə vurdu (FOTO)

http://olke.az/uploads/1548828380/qezaaa.jpg
 
 
Bu gün səhər saatlarında Ziya Bünyadov prospektində yol qəzası baş verib.

Kanal14.az Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, "Mitsibusi Pajero” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını beton arakəsməyə vurub.

Nəticədə iki nəfər ağır xəsarət alıb, hadisə yerinə təcili tibbi yardım briqadasının iki maşını cəlb olunub.

Hüquq-mühafizə orqanları araşdırma aparır.