Gündəm / Cəmiyyət

Kanalizasiya quyusunda 2 fəhlənin meyiti tapıldı

Kanalizasiya quyusunda 2 fəhlənin meyiti tapıldıRusiyanın Nijniy Taqil şəhərində bədbəxt hadisə baş verib.

Kanal14.az Trend-ə istinadən xəbər verir ki, kanalizasiya quyusunda bələdiyyə idarəsinin iki fəhləsinin meyiti aşkar edilib.

 

Hadisə ilə bağlı dərhal tədqiqat başlayıb.

İlkin məlumata görə, Krasnoznamenni küçəsində kanalizasiya quyularının birində problem yaranıb. Bələdiyyənin 2 fəhləsi həmin kanalizasiya quyusunda təmir işləri aparmaq üçün qəza yerində olublar.

Daha sonra onların hansı səbəbdən quyuda ölmələri isə hələ məlum deyil.