Gündəm / Cəmiyyət / Foto

"AL Market" müştəriləri necə aldadır-Video













 

Son zamanlar ölkə ərazisində müxtəlif adlarla bir çox "Super Market" şəbəkələri fəaliyyət göstərməkdədir. Hər kəsə məlumdur ki,satışda olan bir çox məhsullar manapolislərin əlində olduğu üçün əksər məhsulların keyfiyyətinin də aşağı olduğunun şahidi oluruq. Belə olduğu təqdirdə bazar iqtisadiyyatında qiymət rəqabəti də az olur. Bu isə alıcılar üçün əlverişli deyil. 

Bəs görəsən günü-gündən çoxalan bu marketlərə dövlət qrumları tərəfindən nəzarət olunurmu? Satılan məhsulların istehsal tarixinin keçib-keçmədiyini,satışı qadağan olunmuş məhsulun satılıb-satılmadığını və çəkidə hər hansı bir nöqsana yol verib-vermədiklərini yoxlayırlarmı? Suallara cavab tapmaq bir o qədərdə çətin olmadı. Belə ki,bir neçə gün öncə DogruXeber.az informasiya agentliyinin redaksiyasına maraqlı bir video material daxil olmuşdur. 

İlk öncə onu qeyd edək ki,redaksiyamıza,marketlərdə müştəriləri çəkidə aldatdıqları barədə xeyli sayda şikayət xarakterli müraciətlər daxil olmuşdur. Bu dəfəki müraciətin isə əvvəlkilərdən fərqli olmağı ondan ibarətdir ki, yerli sakinlərin, müştəriləri çəkidə aldadan ,"Al Market" adı altında fəaliyyət göstərən mağazada video çəkiliş apararaq ,toyuq məhsulunun üzərində qoyulan çəki və qiymətin,həqiqi çəkisindən nə qədər fərqli olduğunu sübut etmələridir. Sakinlərin bildirdiyinə görə Razin qəsəbəsində fəaliyyət göstərən "AL Market"-də bir çox məhsulların üzərinə vurulan çəki ilə ,içərisindəki çəki eyni gəlmir.

Həqiqətəndə video kadrda olan görüntü onu deməyə əsas verir ki,bucür market sahibləri utanmadan haram yolla qazanc əldə edirlər. İnsanları aldadaraq,artıq qazanc əldə edənlərə bildirmək istəyirik ki,müsəlmanların müqəddəs kitabı olan Qurani Kərimdə uca Allah tərəfindən bildirilmişdirki, çəkidə düz olun. Bu işi görənlər Allahdan qorxmurlarsa, dövlətin qanunlarından da qorxmurlarmı !? 

"AL Market" də baş verənlərlə bağlı məsələyə aydınlıq gətirmələri üçün marketin "Facebook" səyfəsində qeyd olunan (055) ... 75 75 telefon nömrəsinə zəng vurduq. Təəssüflər olsun ki,telefona cavab verən olmadı. Ümüd edirik ki,saytımızda dərc olunan yazını oxuyarlar, və cəsarət tapıb redaksiyamızla əlaqə saxlayıb,məsələyə aydınlıq gətirərlər.