Gündəm

“OBA” market, “Siyəzən” Broyler MMC-in iylənmiş və qaralmış toyuqlarını satır / VİDEO













 

 

 Bildiyiniz kimi Bakıda bir neçə market şəbəkələri fəaliyyət göstərməkdədir. Bu marketlərin bəzilərinin hətta rayonlarda belə filialları vardır. Həmin bu market şəbəkələrindən biri də OBA marketdir. Demək olar ki, paytaxtın bir çox yerlərində kiçik mağazalardan tutmuş, böyük həcmli mağazalara qədər OBA marketin filiallarına rast gəlmək olar. İndi sizdə bir sual yarana bilər ki, niyə məhz bu marketlər şəbəkəsinin adını tez-tez çəkirik. Deməli, yaxın günlərdə DogruXeber.az informasiya agentliyinin əməkdaşlarından biri həmin marketlərin birinə alış-veriş üçün getmiş və müəyyən miqdarda bazarlıq etdikdən sonra evə gəlmişdir. Aldığı ərzaqların içində "Siyəzən Broyler” firmasına məxsus dondurulmuş toyuq varmış. Toyuğun buzu açıldıqdan sonra ondan gələn üfunətli qoxu ev sahibini və həyat yoldaşını narahat etdiyindən toyuğu ortadan iki yerə bölərək içinə baxıblar. Qaralmış və çürüməkdə olan ət hər ikisinin narahatçılıqlarına səbəb olub. Toyuğu aldığı mağazaya geri qaytaran ev sahibi marketin işçilərinə öz etirazını və iradlarını bildirib. Üstəlik bununla bağlı xəbər agentliyinə, ardıyca da aidiyyatı qurumlara xəbər verəcəyini dedikdə marketdə olan işçilərdən biri bu biabırçılığın mətbuatdan gizli saxlanılmasını, əgər xahiş nəzərə alınmazsa heç olmasa marketin adını deyil, firmanın adının hallanmasını xahiş ediblər. Axı nə üçün mətbuat bu özbaşınalığı gizlətməlidir? Xalqı daha yaxşı zəhərləyə bilmək üçün? Keyfiyyətsiz malları vətəndaşlarımıza sırımaq üçün? Əgər ev sahibi ailəsiylə birgə bu ətdən istifadə etsəydi çox ehtimal ki, ailəlikcə zəhərlənmə baş verər, daha ağır fəsadlar ola biərdi. Biz həmin toyuq fermalarında iynə və digər dərmanların istifadəsi nəticəsində toyuqların necə şişdiyi barədə videoları izləmişik. Bu cür tez və kimyəvi dərmanlarla hazırlanan qidaların insan orqanizminə, o cümlədən sağlamlığa necə zərər vurduğu və hansı fəsadlara yol açdığını da yaxşı bilirik. Mütəmadi bu cür qidalardan istifadə edən bir çox insanlar xərçəng kimi dəhşətli xəstəliklərin qurbanına çevrilirlər. Bir çox insanların orqanizmi pozulur, hətta mədəsində xəstəlik yaranan insanların sayı hər gün durmadan artmaqdadır. Bu gün ölkədə minlərlə xəstə uşaq dünaya gəlir. Belə keyfiyyətsiz məhsulların artımı da burada əsas rol oynayır. Olmaz ki, aidiyyatı orqanlar buna ciddi nəzarət etsinlər? Onların da evlərində, qohumlarında körpə uşaqlar var axı. Sağlam cəmiyyət naminə, heç olmasa o qohumlarının, doğmalarının sağlamlığının müdafiəsi naminə ciddi yoxlanışlara start versinlər. Qida Təhlükəsizlik Agentliyi nəyinki Bakıda, digər rayon və şəhərlər də daxil olmaqla monitorinq keçirməlidir. Bu qurumlar heç bir həlledici tədbir görmürlərsə, o zaman belə qənatə gəlmək olur ki, həmin market sahibləri onlara müəyyən məbləğdə ödəniş edərək göz yummalarına zəmin yaradırlar. Azərbaycanda OBA market kimi insanları "Siyəzən broyler”lərlə zəhərləyənləri ciddi şəkildə cəzalandırmaq ən ideal üsuldur. Əks təqdirdə bu cür neqativ halların sayı durmadan artmağa davam edəcəkdir.

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq: