Gündəm

TÜRKSOY Hidayət Orucova xatirə medalı verdi

TÜRKSOY Qırğızıstanın Manas Universitetində Nəsimin 650 illik yubileyini qeyd edib.

Yubiley tədbirində Manas Universitetinin rektoru professor Səbahəttin Balcı   Nəsiminin ədəbi irsindən, şairin öz dövrünün  dərin poetik və fəlsəfi baxışlarının vəhdətindən danışıb. Qeyd edib ki,  Nəsiminin yaradıcılıq irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik türk ədəbiyyat tarixində xüsusi mərhələdir. Orta əsrlər türk poeziyasının humanizm ideyaları ilə zənginləşməsində və yeni məzmun kəsb etməsində unudulmaz şairin xidmətləri ölçüyəgəlməzdir.

Yubiley tədbirində iştirak edən Azərbaycanın  Qırğızıstandakı səfiri Hidayət Orucov çıxışında  türk dünyasının ortaq mədəniyyətinin və ədəbiyyatının təbliğində mütəfəkkirlərin  yubiley tədbirlərinin keçirilməsinin əhəmiyyətdən danışıb.  Qarşıda gələn illərdə hər  qardaş xalqların ədəbiyyatının öyrənilməsinin vacibliyini qeyd edib.

Tədbirdə iştirak edən Manas Universitetinin birinci prorektoru Asılbek Kulmurzayev  böyük Azərbaycan şairi İmadəddin Nəsiminin öz dövrünün  mədəniyyət mərkəzləri olan Azərbaycan, İran, Türkiyə, İraq, Suriya şəhərlərini gəzərək öz idayelarını bu bölgələrdə şeirləri vasitəsilə insanlara çatdırmaq missiyasında danışıb.

Nəsiminin yibuley tədbirində TÜRKSOY  adından Manas Universitetinin rektoru professor Səbahəttin Balcı səfir  və  Azərbaycanın diplomatı Hidayət Orucov xatirə medalı təqdim olunub. (modern.az)