Gündəm / Hadisə

“Mafiya bossu” güllələndi

FBI perp walk members of the Gambino crime family. Frank Cali

Amerika Birləşmiş Ştatlarında Nyu-Yorkda mütəşəkkil cinayətkarlığa nəzarət edən beş ən iri və nüfuzlu klandan biri – "Qambino” mafiyasının bossu Françesko Kali güllələnib.

Bu barədə Lenta.ru məlumat yayıb.

Kali martın 13-ü axşam saatlarında Staten-Aylend rayonunda yerləşən evi qarşısında qətlə yetirilib. Polisdən olan mənbələr 53 yaşlı F.Kaliyə azı altı dəfə atəş açıldığını yazır. Bununla kifayətlənməyən atıcı sonradan mavi pikapla qurbanın üzərindən keçib.[url=http://]http://[/url]
Silahlı hücum zamanı F.Kalinin həyat yoldaşı və uşaqları evdə olub.

Qətlin motivləri araşdırılır. Federal Təhqiqatlar Bürosunun agentləri və polis xəfiyyələri sui-qəsd sifarişinin mafiya ailələrinin hər hansı birindən gəlib-gəlmədiyini müəyyən etməyə çalışır.

F.Kali Siciliyada doğulub. 2015-ci ildən etibarən Qambino klanına başçılıq edir.

2008-ci ildə F.Kali reket fəaliyyətinə görə həbs olunub. Həmin vaxt hədə-qorxu yolu ilə pul qoparmaq məqsədilə "reket sxemi”ndə iştirak etdiyini etiraf etdiyindən ona yalnız 16 aylıq həbs cəzası verilmişdi.

Qeyd edək ki, F.Kali 1985-ci ildən bəri Nyu-Yorkda sui-qəsd qurbanı olmuş ilk "mafiya bossu” sayılır.