Hadisə

Ən qoca mafiya başçısı həbsxanada öldü - FOTO

Ən qoca mafiya başçısı həbsxanada öldü - FOTO
 
 
 
 
 
 
 
 
İtaliyada ən qoca məhkum Françesko Barbaro 92 yaşında vəfat edib.

O, Parma şəhərindəki həbsxanada dünyasını dəyişib.

Françesko Barbaro Parmadakı ciddi rejimli həbsxanada cəza çəkmək şərtilə azadlıqdan ömürlük məhkum olunub. Məhkum ölümündən bir neçə gün əvvəl səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilib.

Barbaro İtaliyanın cənubundakı Kalabrii vilayətindəki "ndranqeti" klanının rəhbəri olub. Bu klan bütün dünyada, o cümlədən Latın Amerikası və Avstraliyadakı cinayətkar aləmə rəhbərlik edib.

O, 1980-ci ildə insan oğurluğu ilə məşğul olub və sonra narkotik ticarətinə nəzarət etməyə başlayıb. Barbaro bu əməllərinə görə azadlıqdan 20 il müddətinə məhkum edilib. 2013-cü ildə azadlığa buraxılan keçmiş məhkum polis əməkdaşını qətlə yetirdiyinə görə yenidən həbs edilib.
Onun hər iki oğlu da həbsxanada cəza çəkir.Report
Ən qoca mafiya başçısı həbsxanada öldü - FOTO